Ağ Ev ilk dəfə Myanma təhlükəsizlik qüvvələrini hədəfə alıb: Zorakılığı başa çatdırın

ABŞ 25 avqustda Myanma təhlükəsizlik məntəqəsinə edilən hücumdan sonra 300 min nəfərin evlərini tərk etdiyi Myanmada davam edən böhrandan narahatdır

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Sentyabr 2017, 11:04

Etnik Rohingya toplumu və digər azlıqlar da daxil olmaqla çox sayda insanın yerlərindən çıxarılması və zərər çəkməsi, Myanma təhlükəsizlik qüvvələrinin mülki şəxsləri qorumadığını göstərir.

İnterAz xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Ev sözçüsü Sarah Sanders Myanmada davam edən zorakılıqla əlaqədar yazılı açıqlama edib.

“ABŞ 25 avqustda Myanma təhlükəsizlik məntəqəsinə edilən hücumdan sonra 300 min nəfərin evlərini tərk etdiyi Myanmada davam edən böhrandan narahatdır. Bu hücumları və ondan sonra yaşanan zorakılığı bir daha qınayırıq”, - Sanders bildirib.

İlk dəfə Myanma təhlükəsizlik qüvvələrinin konkret bir ifadə ilə hədəfə alındığı açıqlamada bunlar qeyd edilib: “Etnik Rohingya cəmiyyəti və digər azlıqlar da daxil olmaqla, çox sayda insanın yerlərindən çıxarılması və zərər çəkməsi Myanma təhlükəsizlik qüvvələrinin mülki şəxsləri qorumadığını göstərir. Təhlükəsizlik qüvvələrinin və bu qüvvələrin icazəsi ilə hərəkət edən mülki şəxslərin səbəb olduğu qanundan kənar cinayətlər, kəndlərin yandırılması, qətliamlar və zorakılıqlar da daxil olmaqla, insan hüquqlarının pozulması istiqamətdə işə başladıq. Myanma təhlükəsizlik qüvvələrinə hüququn aliliyinə əməl etmələri, zorakılğı başa çatdırmaları və bütün yerlərdə insanları öz yerlərindən didərgin salmaqlarını başa çatdırmaqla bağlı çağırış edirik.”