BMT Şimali Koreyaya qarşı sanskiya layihəsini qəbul edib

Layihədə Kim Çen Inın “qara siyahı”ya əlavə edilməsi tələbi yoxdur

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Sentyabr 2017, 12:49

BMT Təhlükəsizlik Şurasında Şimali Koreyaya qarşı yeni sanksiyaları özündə ehtiva edən qərar layihəsi Rusiya və Çinin iştirakı ilə yedilliklə qəbul edilib.

İnterAz xəbər verir ki, Şimali Koreyanın neft satışına məhdudiyyət tətbiq edən, təbii qaz və ən böyük ikinci gəlir mənbəyi olan tekstil ixracına embarqo tələb edən layihə təsdiq edilib.

ABŞ ilk qərar layihəsində BMT Təhlükəsizlik Şurasından Şimali Koreyaya neft embarqosu tətbiq edilməsini, tekstil məhsullarının ixracını dayandırmasını və Kim çen Ina maliyyə sanksiyaları və səyahət qadağası tətbiq edilməsini istəyirdi. Amma BMT TŞ-da veto hüququ olan Çin və Rusiyanın etirazı nəticəsində ABŞ-ın layihəni yüngülləşdirdiyi açıqlanıb.

Buna görə də layihədə Kim Çen Inın “qara siyahı”ya əlavə edilməsi tələbi yoxdur.