Türkiyəyə silah göndərilməsini dayandırdıq – Almaniya

Bu sahədəki əməkdaşlığın sadəcə Almaniyanın beynəlxalq müqavilələrə daxil olduğu sahələrdə davam etdiyini qeyd edilib

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Sentyabr 2017, 13:29

Almaniyanın Xarici işlər naziri Siqmar Qabriyel ikitərəfli əlaqələrdəki gərginlik səbəbi ilə Berlinin Türkiyəyə mövcud müqavilələr çərçivəsində silah göndərilməsini dayandırdıqlarını açıqlayıb.

İnterAz xəbər verir ki, “Handelsblatt” qəzetinin təşkil etdiyi forumda çıxış edən Qabriyel “Əslində, NATO mütəffiqimizə silah göndərmək öhdəliyimiz var. Amma Türkiyəyə silah göndərilməsini, demək olar ki, tamamilə dayandırdıq”, - deyib.

Bu sahədəki əməkdaşlığın sadəcə Almaniyanın beynəlxalq müqavilələrə daxil olduğu sahələrdə davam etdiyini qeyd edən nazir bu müqavilələrdə silah deyil, yük nəqliyyat vasitələrinin ölduğunu ifadə edib.

Almaniya İqtisadiyyat nazirliyinin açıqladığı məlumata görə, ölkə bu ilin ilk dörd ayında Türkiyəyə 5 milyon 600 min avro dəyərində silah-sursat satıb. Üstəlik Almaniya 2010-2016-cı illər arasında bəzi müdafiə ləvazimatlarının Türkiyəyə ixracına “bu silahların xalqa qarşı istifadə edilə biləcəyi narahatlığı ilə” əngəllədiyini açıqlamışdı.