Suriya ordusu Deyr əz-Zorda İŞİD mövqelərinə qarşı hücuma başlayıb

Terrorçular orduya minaatanlarla cavab verməyə çalışır

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Sentyabr 2017, 16:33

Suriya ordusu Deyr əz-Zorda qalan İŞİD mövqelərinə qarşı hücuma başlayıb.

İnterAz xəbər verir ki, bu barədə hadisə yerində olan RİA “Novosti”nin müxbiri məlumat verib. Terrorçular orduya minaatanlarla cavab verməyə çalışır. Onlar eyni zamanda bomba yüklü üç nəqliyyat vasitəsi ilə orduya qarşı kamikadze hücumu təşkil edib.

Ötən həftə Deyr əz-Zorda üç ildən sonra terrorçuların mühasirəsi yarılmışdı. Şəhərin tamamilə azad edilməsi üçün əməliyyat isə davam edir.