Hizbullah lideri Suriya böhranı başlayarkən Ayətullah Xamenei ilə görüşündən danışıb

Hələ 2011-ci ildə müqavimət hərakatını boğmaq üçün Amerika, İsrail, Qətər və Səudiyyə tərəfindən böyük bir fitnə yaradılacağına əmin idik”

Baku, Oktay Quliyev, İnteraz - 12 Sentyabr 2017, 16:33

Hizbullah lideri Seyid Həsən Nəsrullah  son günlər Suriyada müqavimət qüvvələrinin terrorçular üzərində qələbə çalmasına  münasibəti bildirib.

İnterAz “Al-Alam”a istinadən xəbər verir ki, Məhərrəm ayı astanasında ruhanilərlə görüş keçirən Seyid Həsən Nəsrullah Suriya və İraqda baş verən hadisələrə,  xüsusən Suriyada terrorçuların məğlubiyyətinə toxunub. “2010-dan bu vaxta qədər İŞİD, Nusra və digər terrorçu qruplarla döyüşürük. Çox çətinliklər gördük, ağır itkilər verdik, nəhayət böyük bir planı iflasa uğratdıq. Bu tək bizim qələbə deyil. Bu bütün islam ümmətinin qələbəsi hesab olunmalıdır. Bu, 2006-ci savaşından da böyük təhlükə idi. Hələ 2011-ci ildə müqavimət hərakatını boğmaq üçün Amerika, İsrail, Qətər və Səudiyyə tərəfindən böyük bir fitnə yaradılacağına əmin idik”.

Suriya böhranı başlayarkən Ayətullah Xamenei ilə görüşündən danışan Hizbullah lideri deyib: “Suriya böhranı başlayarkən hər kəs Suriya hökümətinin 2, 3 ay ərzində çökəcəyini deyirdi. Həmin vaxt  Ayətullah Xamenei ilə görüş üçün İrana səfər etdim. Görüşdə Suriyada döyüşməsək, sabah Livanın şəhərlərində döyüşməli olacağımızı dedim. Ayətullah Xamenei bunu təsdiq edərək əlavə etdi ki, bu gün terrorçulara qarşı savaşmasaq, sabah tək Livanın daxilində deyil, İranın daxili şəhərlərində, Kerman, Xuzestan və Tehranda savaşmalı olacağıq. O, düşmənlərin bu cəbhəni bir neçə məntəqədə, Suriya, İran və Livanda yaratmaq istədiklərini bildirdi və Suriya prezidenti Bəşər Əsədə dəstək olmağın vacibliyini vurğuladı.”

Sonda Hizbullah lideri İraq hadisələrinə işarə edərək deyib: “Biz əvvəl gündə İraqlı qardaşlarımıza xatırlatdıq ki, İŞİD terrorçuları ilə döyüşməsələr, onlar Deyr əz-Zoru işğal edəndən sonra, növbəti hədəfləri İraq əraziləri olacaq. Belə də oldu. İŞİD İraqın üçdə birinə sahibləndi. Sualım budur ki, biz cihaddan uzaq olsaydıq, Livan bu gün hansı vəziyyətdə olacaqdı? İraq xalqı Ayətullah Sistaninin cihad fətvasından sonra İŞİD-lə mübarizəyə qalxmasaydı, bu ölkənin aqibəti necə olacaqdı?”.