Parisdə baş nazirin qərarı əleyhinə etiraz aksiyası keçirilir

Çox sayda iştirakçı hazırda Bastiliya meydanından İtaliya meydanına doğru irəliləyir

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Sentyabr 2017, 17:44

Bu saatlarda Parisdə geniş etiraz aksiyası keçrilir.

İnterAz-ın "Trend"ə istinadən verdiyi məlumatına görə, aksiya Fransanın baş naziri Eduar Filipp hökuməti tərəfindən təklif edilmiş əmək qanunvericiliyində islahatlara etiraz olaraq keçirilir.

Son məlumata görə, çox sayda iştirakçı hazırda Bastiliya meydanından İtaliya meydanına doğru irəliləyir.

Aksiyanın gedişatı təhlükəsizlik qüvvələri və polis tərəfindən nəzarətdə saxlanılır. Məlumata görə, aksiyanı müşayiət edən polislər dubinkalar, gözyaşardıcı qaz balonları və dəbilqələrlə təchiz ediliblər.