Özbəkistan Rohingya müsəlmanlarına humanitar yardım göndərəcək

Nazirlik günahsız müsəlmanlara qarşı zorakılığı dayandırmaq və qarşısını almaq üçün Myanma hökumətinə çağırış edib

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Sentyabr 2017, 09:57

Özbəkistan Myanmanın Raxin bölgəsindən olan Rohinya müsəlmanlıran humanitar yardım göndərəcək.

İnterAz xəbər verir ki, bu barədə Özbəkistan Xarici işlər nazirliyinin yaydığı məlumatda deyilir.

“Özbəkistan hökuməti Myanmadan olan qaçqınların ehtiyaclarını qarşılamaq üçün humanitar yardım göndərməyə qərar verib”, - nazirliyin mətbuat xidmətinin məlumatında bildirilib.

Nazirlik eyni zamanda günahsız müsəlmanlara qarşı zorakılığı dayandırmaq və qarşısını almaq üçün Myanma hökumətinə çağırış edib.