Aİ və Böyük Britaniya arasında “Brexit” danışıqlarının növbəti mərhələsi sentyabrın 25-də keçiriləcək

Böyük Britaniya və Brüssel arasında danışıqların üçüncü mərhələsi sentyabrın əvvəlində keçirilmişdi

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Sentyabr 2017, 10:57

Böyük Britaniya və Avropa İttifaqı arasında “Brexit” danışıqlarının dördüncü mərhələsi sentyabrın 25-də başlayacaq.

İnterAz xəbər verir ki, bunu “Sputnik”ə açıqlamasında Böyük Britaniyanın Baş nazir ofisinin xüsusi nümayəndəsi deyib.

Böyük Britaniya və Brüssel arasında danışıqların üçüncü mərhələsi sentyabrın əvvəlində keçirilmişdi.

Mart ayının sonlarında Böyük Britaniya rəsmi şəkildə Avropa İttifaqından geri çəkilmə prosesinə başlamışdı. London və Brüssel arasında iyunun 19-da başlayan “Brexit” danışıqlarının 2019-cu il martın sonunda başa çatması gözlənilir.