Moskvada ticarət mərkəzi yanır

Hazırda yanğınla əlaqədar işçilər və müştərilər təxliyə olunur

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Sentyabr 2017, 15:02

Moskvanın qərbində ticarət mərkəzində yanğın başlayıb.

İnterAz-ın Trend-ə istinadən verdiyi məlumata görə, yanğın "Filion" ticarət mərkəzinin ikinci və dördüncü mərtəbələrdə qeydə alınıb.

Hazırda yanğınla əlaqədar işçilər və müştərilər təxliyə olunur. Xəsarət alanların olması barədə məlumat verilmir. Yanğının qarşısının alınması üçün hadisə yerinə 17 maşın və 60 yanğınsöndürən cəlb edilib.

Yanğının baş vermə səbəbi məlum deyil.