Türkiyə prezidenti ona heykəl qoyanlara səslənib: Bir daha belə səhv etməyin

Mən nə heykəlimin qoyulmasını, nə maskalar, nə də bu cür viziuallar hazırlanmasını istəmirəm

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Sentyabr 2017, 15:21

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin müxtəlif yerlərində onun şərəfinə heykəl qoyulmasına münasibət bildirib.

İnterAz “Anadolu” agentliyinə istinadən xəbər verir ki, onun şərəfinə heykəl qoyulması xəbərlərini eşidəndə çox kədərlənib.

“Bu bizim dəyərlərimizə əksdir. Mən nə heykəlimin qoyulmasını, nə maskalar, nə də bu cür viziuallar hazırlanmasını istəmirəm. Bir dəfə bunları ləğv etdik, bundan sonra xahiş edirəm bu səhlər edilməsin, heykəl deyil, xidmətə görə əsərlər yaratsınlar. Bunların bizim dəyərlərimizə qarşı olan şeylər olduğunu bilmək lazımdır. Belə bir səhv etdilər, bundan sonra da kimsə bu yola baş vurmasın”, - Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyənin Şanlıurfa vilayətinin Harran bələdiyəsi tərəfindən Ərdoğanın 15 iyulun xatirəsinə tanka əli ilə “dayan” işarəsi verən heykəli qoyulmuşdu. İlk öncə Bəşər Əsədə oxşadığı üçün götürülüb dəyişdirilən heykəl, sonra tamamilə götürülmüşdür.