Səudiyyənin Yəmənə hücumları nəticəsində 12 min Yəmənli həyatını itirib

Səudiyyə Ərəbistanı Yəmənə hücum edəndən bu vaxta qədər 12 min nəfəri qətlə yetirib ki, bunlardan 2768 nəfəri uşaqlardır

Baku, Oktay Quliyev, İnteraz - 13 Sentyabr 2017, 15:33

3 il ərzində 12 min Yəmənli həyatını itirib, 21 mindən çox insan yaralanıb.

İnterAz “MehrNews”ə istinadən xəbər verir ki, Beynəlxaql hüquq təşkilatlarının Yəməndə apardığı araşdırmalarda müəyyən edilib ki, Səudiyyənin Yəmənə hücumları davam edən 3 il ərzində 12 min dinc əhali həyatını itirib, 21 mindən artıq insan yaralanıb. Ölənlər arasında 2768 nəfərin az yaşlı uşaqlar olduğu hesabatda yer alıb. Bundan əlavə ölkənin infrastrukturuna dəyən ziyanlar barədə də məlumat verilib. Belə ki, Səudiyyə hərbi hava qüvvələrinin bombardmanları nəticəsində 15 hava limanı, 14 dəniz limanı, 1941 körpü və yol,  165 elektrik stansiyası, 409 su anbarı, 372 rabitə vasitələri, 208 tarixi və memarlıq abidələri, 1654 dövlət idarə və obyektləri, 289 min mənzil, 296 xəstəxana və tibb mərkəzləri, 791 məktəb və uşaq bağçası,  114 universitet binası,  343 idman və əyləncə mərkəzi və 26 mətbuat mərkəzi dağıdılaraq məhv edilib.

Məlumata görə, hal-hazırda müharibə şəraitinə və məktəblərin bağlı olmasına görə  4 milyondan artıq Yəmənli məktəbli təhsil almaqdan məhrumdur. Beynəlxaq hüquq müdafiəçiləri hesabatın nəticələrindən narahatlığını bildirərək, Səudiyyədən Yəmənə hücumları dayandırmağı tələb edib.