Mixeil Saakaşvili Ukraynada mitinq keçirəcəyini elan edib

Mixeil Saakaşvili Ukraynanın Çernovtsı şəhərində mitinq keçirəcəyini elan edib.

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Sentyabr 2017, 17:43

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Ukraynanın Çernovtsı şəhərində mitinq keçirəcəyini elan edib.

İnterAz RİA ”Novosti”yə istinadən xəbər verir ki, bu barədə Saakaşvili öz "Facebook" səhifəsində yazıb.

“Ukraynada dəyişikliklər Çernovtsıdan başlanacaq. Bu gün saat 18.00-da Mərkəzi Meydanda sizi Saakaşvili ilə görüşə dəvət edirəm”, - deyə bildirilir.