Karandaş ucunda heyrətamiz incəsənət nümunəsi

Salavat Fidainin əl işləri hər dəfə sərgi iştirakçılarının heyrətinə səbəb olur.

Baku, Oktay Quliyev, İnteraz - 14 Sentyabr 2017, 14:09

Sənət əsərinin karandaş ucunda işləndiyini bilənlər daha da heyrətə gəlir.

İnterAz xəbər verir ki, Salavat Fidayi adlı Rusiyalı sənətkar hər kəsi təəccübləndirəcək mikro sənət əsərləri ortaya çıxarır. O, əl bıçağı vasitəsi ilə karandaş ucunda müxtəlif obrazlar yaradır. Sonuncu əl işi “Taxt oyunları” filmindəki obrazlardır. Onun əl işləri hər dəfə sərgi iştirakçılarının heyrətinə səbəb olur. Belə ki, müxtəlif obrazların, əşya və alətlərin çox kiçik heykəllərinin karandaşın ucunda xüsusi dəqiqlik və zövqlə işlənməsi dünya incəsənət adamlarının marağına səbəb olub.