İraq Kürdüstanının müstəqillik referendumu qanunsuzdur – Ərəb Liqası

Nazirlər İraqın ərazi bütövlüyünün müdafiə olunmasına qərar verib

Bakı, Nazilə Xaqani, İnteraz - 14 Sentyabr 2017, 14:22

Ərəb ölkələri Liqasının Xarici işlər nazirləri İraq kürdüstanının müstəqillik referendumunun qanunsuz olduğunu deyib və əlavə edib ki, bu Yaxın Şərq təhlükəsizliyinə təhlükə yarada bilər.

İnterAz xəbər verir ki, bunu İraqın Ərəb liqasındakı daimi nümayəndəsi Həbib Sədr deyib. Onun sözlərinə görə, Xarici işlər nazirləri referndumu qanunsuz və İraq konstitutsiyasına uyğun olmadığını bildirib.

Nazirlər İraqın ərazi bütövlüyünün müdafiə olunmasına qərar verib.