Suriya ordusu Deyr əz-Zor şəhərinin şərqində Fərat çayını keçib

Bir neçə saat ərzində Suriya ordusu şəhər yaxınlığındakı bəzi kəndləri İŞİD terrorçularından azad edib

Bakı, Nazilə Xaqani, İnteraz - 18 Sentyabr 2017, 16:55

Deyr əz-Zor şəhərini İŞİD terrorçularından təmizləmə əməliyyatının bir hissəsi olaraq Suriya ordusu şəhərin şərq hissəsində Fərat çayını keçib.

İnterAz xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.

Bir neçə saat ərzində Suriya ordusu şəhər yaxınlığındakı bəzi kəndləri İŞİD terrorçularından azad edib. KİV-ın məlumatına görə, terrorçular orduya şiddətli müqavimət göstərir. Suriya ordusu terrorçulara məxsus avtomatik silahlarla yüklənmiş nəqliyyat vasitəsini məhv edib, 10 terrorçunu öldürüb və əsir alıb.

Deyr əz-Zor şəhərinin mühasirəsinin qırılmasından sonra ordu şəhərin terrorçulardan tamamilə azad edilməsi üçün əməliyyata başlayıb.