Almaniyadakı seçkilərdə Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı alyansı qələbə çalıb

Seçkilərdə təxminən 61,5 milyon alman iştirak edib

Bakı, Nazilə Xaqani, İnteraz - 25 Sentyabr 2017, 10:29

Almaniyada parlament seçkilərində  Kansler Angela Merkelin başçılıq etdiyi Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı alyansı qələbə çalıb.

İnterAz Rusiya mətbuatına istinadən xəbər verir ki, bülletenlərin 100 faizinin hesablanmasından sonra hakim Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı 33% səs toplayıb. İkinci yerdə Sosial-Demokrat  (20,5%), üçüncü isə Almaniya üçün Alternativ Partiyasıdır – 12,6%.

Seçkilərdə təxminən 61,5 milyon alman iştirak edib.