Rusiyada ondan çox adamı yeyən hannibal ailə saxlanılıb

Onlar öz qurbanlarını yeyib, hətta insan ətindən konserva da hazırlayıb

Bakı, Nazilə Xaqani, İnteraz - 25 Sentyabr 2017, 14:02

Kubanda hannibal ailə müəyyən edilib.

İnterAz “NTV.ru”ya istinadən xəbər verir ki, onların 1999-cu ildən orada yaşadığı ehtimal edilir. Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. 

Bundan öncə KİV öldürülənlərin sayının 7-dən 30-a qədər ola biləcəyini yazmışdı. Bir qadın və kişi insanları sadəcə qətlə yetirməyib. Onlar öz qurbanlarını yeyib, hətta insan ətindən konserva da hazırlayıb. 



Tədqiqatçılar hələ ki bir insanın ölümünü təsdiq edib. 

Bir neçə gün öncə Krasnodarda aviasiya məktəbinin ərazisində qadını bədəninin parçaları tapılmışdı. Cinayəti törətməkdə şübhəli bilinən 35 yaşlı yerli sakin  saxlanılmışdı.