İndoneziyada mühafizəçi 7 metrlik ilanla mübarizədə qolunu itirib

37 yaşlı Robert ilanı tutmağa çalışıb

Bakı, Nazilə Xaqani, İnteraz - 05 Oktyabr 2017, 12:24

İndoneziyanın Sumatra adasında yerləşən Riau əyalətində mühafizəçi 7,8 metr uzunluğu olan pitonla mübarizədə qolunu itirib.

İnterAz xəbər verir ki, 37 yaşlı Robert ilanı tutmağa çalışıb. İlan Robertin sol qoluna ziyan vurub.

Piton öldürüldükdən sonra ağacdan asılaraq insanlara nümayiş etdirilib. “Banqka Pos”un məlumatına görə, nümayişdən sonra sürünən yerli sakinlər tərəfindən bişirlərək yeyilib.