Separatçılar geri çəkildi

Kataloniya müstəqilliyin elanını təxirə salır

Bakı, Kənan Rövşənoğlu, İnteraz - 10 Oktyabr 2017, 22:10

Kataloniya prezidenti Carles Puigdemont İspaniya ilə dialqun həyata keçirilməsi üçün müstəqilliyin elan olunmasının təxirə salınmasına çağırıb. BBC-nin məlumatına görə, Barselonadakı regional parlamentdə çıxışı zamanı o, Kataloniyanın İspaniyadan ayrılmasına dair keçirilmiş referendumda seçicilərin müstəqilliyə səs verdiyini, lakin dialoqun vacibliyini bildirib.

Qeyd edək ki, oktyabrın 1-də keçirilmiş müstəqillik referendumunda, rəsmi məlumata görə, seçicilərin 90 faizi müstəqilliyin lehinə səs verib. Referendumda seçicilərin 43 fazinin iştirak etdiyi deyilir.

 

Ancaq İspaniya Konstitusiya Məhkəməsi referendumu qeyri-qanuni elan edib. Hökumət isə Kataloniya ərazisinə polis göndərib, referendum günü polislə seçicilər arasında baş verən qarşıdurmada yüzlərlə insan yaralanıb. Referendumdan sonra Kataloniyanın müstəqilliyini elan edəcəyi gözlənilsə də, Barselonada müstəqillik əleyhinə böyük aksiyanın keçirilməsi, həmçinin mərkəzi hökumətin əyalətə ordu göndərməsi separatçıları fikirlərindən daşındırıb.