Türkiyə-ABŞ münasibətləri qırılma nöqtəsinə gələ bilər

Vaşinqtonun Ankaradakı sabiq səfiri son olayların iki ölkə əlaqələrinin qırılmasına gətirə biləcəyi haqda xəbərdarlıq edib

Bakı, Kənan Rövşənoğlu, İnteraz - 10 Oktyabr 2017, 22:41

ABŞ-ın Türkiyədəki sabiq səfiri Ceyms Cefri ABŞ və Türkiyə arasındakı “viza böhranını” narahatlıq doğurmağa başladığını deyib. “Sputnik”in xəbərinə görə, Türkiyə Tədqiqatları Mərkəzində çıxışında sabiq səfir deyib ki, bu cür qarşılıqlı cavablar iki ölkə münasibətlərinin qırılmasına gətirə bilər.

C.Cefri deyib ki, Rəcəb Tayyib Ərdoğanın Türkiyəni öz istədiyi formada formalaşdırmağa çalışması ölkəni Qərbdən uzaqlaşdırdığını göstərir. Ərdoğan iqtisadi sahədə fəaliyyətləri nəticəsində Türkiyənin Avropaya daha çox inteqrasiya olduöunu xatırladan diplomat ilk vaxtlarda ABŞ-ın Ərdoğanən regional siyasətini dəstəklədiyini deyib. Ankaraın Kipr müzakirələri, Şimali İraq kürd muxtariyyəti ilə əlaqələrin normallaşdırılması, həmçinin Colan təpələri mövzusunda İsrail və Suriya arasında vasitəçilik etdiyini xatırladan Cefri, hazırda vəziyyətin dəyişdiyini deyib.

Onun sözlərinə görə, Suriya məsələsində ABŞ və Türkiyə əlaqələri pisləşib. Eyni zamanda o, Vaşinqtonun kürdlərə dəstək verməsini də İŞİD-lə mübarizə ilə əlaqələndirib. Sabiq səfir F.Gülənin Türkiyəyə verilməsi, Rza Zərrab işi kimi hüquqi sahədə anlaşılmazlıqların iki ölkə arasında qarşılıqlı addımlara səbəb olduğunu və bu vəziyyətin iki ölkə münasibətlərini qırılma nöqtəsinə gətirə biləcəyini deyib.

 

Xatırladaq ki, oktyabrın 10-da Serbiyada çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara və Vaşinqton arasında yaranmış viza böhranına görə ABŞ hökumətinin məsuliyyət daşıdığını bildirib.