Meksikada həbsxanada baş vermiş iğtişaş nəticəsində 13 nəfər ölüb

Məhbuslar mühafizəçiləri əsir götürüb, səlahiyyətli şəxslər onların azad edilməsi üçün danışıqlar aparıb

Bakı, Nazilə Xaqani, İnteraz - 11 Oktyabr 2017, 12:13

Meksikada həbsxanada baş vermiş qiyam nəticəsində 13 məhbus vəfat edib.

İnterAz “Sputnik”ə istinadən xəbər verir ki, Kadereyta Ximenez şəhərində yerləşən həbsxanada qiyam baş verib. Dövlət təhlükəsizlik xidmətinin nümayəndəsi Aldo Faski bildirib ki, daha səkkiz məhbusun vəziyyəti ağırdır, buna görə də ölənlərin sayı arta bilər.

Məhbuslar mühafizəçiləri əsir götürüb, səlahiyyətli şəxslər onların azad edilməsi üçün danışıqlar aparıb. Danışıqlardan bir nəticə əldə edilmədiyi üçün hücum əmri verilib və məhbuslara qarşı silahlardan istifadə edilib.

Qiyama həbsxanada olan cinayətkar qruplar arasındakı münaqişə səbəb olub. Hazırda həbsxanada vəziyyət nəzarət altındadır.