İtaliyada lotereya bileti oğurlayan şəxs 10 min avro udub

44 yaşlı şəxs mağazadan bir neçə “poz-qazan” lotereya bileti oğurlayıb

Bakı, Nazilə Xaqani, İnteraz - 11 Oktyabr 2017, 16:27

İtaliyanın Milan şəhərində bir şəxsin oğurladığı lotereya biletlərindən biri uduşlu olub.

İnterAz-ın "Trend"ə istinadən verdiyi məlumatına görə, 44 yaşlı şəxs mağazadan bir neçə “poz-qazan” lotereya bileti oğurlayıb.

Onlardan birində 10 min avro məbləğində uduş çıxıb.

Təhlükəsizlik kameralarına düşən şəxs isə qısa müddət sonra polis tərəfindən saxlanılıb.