Dəməşqdə terror aktları törədilib

Kamikadze-terrorçular polis mərkəzinə hücum ediblər

Bakı, Kənan Rövşənoğlu, İnteraz - 11 Oktyabr 2017, 20:22

Suriyanın paytaxtı Dəməşq şəhərində arıdcıl 3 partlayış baş verib. Şəhərin mərkəzində polis idarəsi yaxınlığında iki intiharçı terrorçu özünü partladıb. Bundan qısa müddət sonra isə bir marketin qarşısında partlayış baş verib. Partlayışlar nəticəsində 9 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

Suriya dövlət televiziyasının məlumatına görə, iki kamikadze polis mərkəzinə yaxınlaşmağa çalışıb. Bu zaman binanın mühafizəçiləri terrorçulara atəş açıb və baş verən atışmada terrorçular özlərini partladıblar.

 

Bu iki partlayışdan az sonra isə Dəməşqdə bir marketin qarşısında partlayış baş verib. Terror hücumunun hansı qruplaşma tərəfindən törədildiyi açıqlanmayıb.