İraqda partlayış nəticəsində 11 nəfər vəfat edib

Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Oktyabr 2017, 10:25

İraqın Ənbar vilayətində partlayış nəticəsində ən azı 11 mülki şəxs ölüb.

İnterAz “PressTv”ə istinadən xəbər verir ki, səlahiyyətli şəxslər 15 nəfərin yaralandığını deyib. Hücumla əlaqədar küçəyə çıxmaq qadağası tətbiq edilib.

Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

BMT-nin İraqdakı yardım missiyasının məlumatına görə, sentyabr ayında İraqda 196 mülki şəxs ölüb, 381-i yaralanıb.