Vyetnamda torpaq sürüşməsi nəticəsində 37 nəfər ölüb, 40 nəfər itkin düşüb

Səlahiyyətli şəxslər itkin düşənlərin axtarışı üçün işlər görür

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Oktyabr 2017, 11:29

Vyetnamın şimali və mərkəzində daşqınlar və torpaq sürüşməsi nəticəsində 37 nəfər dünyasını dəyişib, 40 nəfər itkin düşüb.

İnterAz “AFP”ə istinadən xəbər verir ki, səlahiyyətli şəxslər itkin düşənlərin axtarışı üçün işlər görür.

Bu il Vyetnamda baş vermiş təbii fəlakətlər nəticəsində 170 nəfər ölüb, ölkəyə 36 milyon dollar dəyərində maddi ziyan dəyib.