Kaliforniyada meşə yanğınlarında ölənlərin sayı 23-ə çatıb

Kaliforniya ştatında meşə yanğınları bir neçə gündür davam edir

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Oktyabr 2017, 12:29

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.

Bu barədə İnterAz “RT”yə istinadən xəbər verir.

Kaliforniya yanğından mühafizə xidmətinin rəhbəri Ken Pimlott isə meşə yanğınları nəticəsində ölənlərin sayının əvvəl 21 nəfər olduğunu bildirib.