Ərbil sanksiyalarla əlaqədar Bağdadla müzakirə aparmaq istəyir

ŞİKA Bağdadın sanksiya tətbiq etdiyi hava limanları, banklar və sərhəd nəzarət bölgələri ilə əlaqədar İraqla müzakirə aparmaq istədiyini açıqlayıb

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Oktyabr 2017, 12:33

Şimali İraq Kürd Administrasiyası müstəqillik referendumundan sonra Bağdadın sanksiya tətbiq etdiyi hava limanları, banklar və sərhəd nəzarət bölgələri ilə əlaqədar İraqla müzakirə aparmaq istədiyini açıqlayıb.

İnterAz xəbər verir ki, bu barədə ŞİKA rəhbərliyi açıqlama edib.

Bağdad ötən ay keçirilən mübahisəli referendumdan sonra ŞİKA-nı təcrid etmək məqsədi ilə Kürdüstan regional rəhbərliyinin tabeliyindəki hava limanlarında beynəlxalq uçuşlara qadağa qoymuşdu.

İraq Mərkəzi bankı da ŞİKA-dakı banklara qarşı bir sıra sanksiya qərarı qəbul etmişdi.