ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Türkiyəyə səfər edəcək

ABŞ heyətinə Dövlət Departamenti müşavirinin müavini Conatan Kohen başçılıq edəcək

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Oktyabr 2017, 12:02

ABŞ Dövlət Departametinin nümayəndə heyəti gələn həftə Türkiyəyə gələcək.

İnterAz “NTV”yə istinadən xəbər verir ki, səfərdən məqsəd Vaşinqtonla Ankara arasında yaranmış viza böhranını müzakirə etməkdir.  

Məlumata əsasən, ABŞ heyətinə Dövlət Departamenti müşavirinin müavini Conatan Kohen başçılıq edəcək.