Vaşinqton Moskva ilə əlaqələrinə qəsdən zərər verir – Rusiya XİN

Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova San Fransiskoda bağlanan Rusiya konsulluğunda bayraqların çıxarılıb atılmasına münasibət bildirərkən deyib

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Oktyabr 2017, 13:28

Vaşinqton Moskva ilə əlaqələrinə qəsdən zərər verir.

İnterAz “Sputnik”ə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova San Fransiskoda bağlanan Rusiya konsulluğunda bayraqların çıxarılıb atılmasına münasibət bildirərkən deyib.

“Amerikalı siyasi qüvvələrin – hamısının deyil, bir çoxunun – daxilinə rusofobiya işləyib və gizli xidmətlərə eyni anda iki ölkə arasındakı əlaqələrə var gücləri ilə, şüurlu olaraq zərər verdikləri istiqamətində təəsürat mövcuddur. Bu ABŞ-ın Rusiyadakı yeni səfiri Con Hantsmanın fəaliyyətə başlaması üçün pis bir zəmin yaratmaq üçün qəsdən edə bilər”, - Zaxarova qeyd edib.

Rusiyanın Vaşinqtondakı səfirliyi ötən gün amerikalı səlahiyyətlilərin San Fransiskodakı bağlı konsulluğun binasından bayraqları çıxarıb atdığını bildirmişdi.