İŞİD-in məhşur “Ağ dul”u öldürülüb

Suriyada Salli Cons qadın döyüşçülərə təlim keçib və terrorçuluğu təşviq edib

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Oktyabr 2017, 14:38

Əslən Böyük Britaniyadan olan, İŞİD-ə terrorçu cəlb edən Salli Cons ABŞ-ın hava hücumu nəticəsində Suriyada öldürülüb.

İnterAz “Sputnik”ə istinadən xəbər verir ki, 50 yaşlı Salli Cons “Ağ dul” ləqəbi ilə məhşur idi. O, bir neçə il əvvəl ölkəsini tərk edib, Suriyada İŞİD-ə qoşulub.

Suriyada Salli Cons qadın döyüşçülərə təlim keçib və terrorçuluğu təşviq edib. O, ən çox axtarılan terrorçuların sırasında idi.

O, iyun ayında Raqqadan qaçarkən ABŞ-ın edirdiyi hava zərbəsi nəticəsində məhv edilsə də, məlumat indi yayılıb. Salli Consla birlikdə onun 12 yaşlı oğlu da ölüb.