ABŞ və İsrail UNESCO-dan çıxır

BMT-nin mötəbər qurumunun hazırladığı hesabatda İsrailin işğalçı dövlət adlandırılması Vaşinqtonun və ardınca Təl-Əvivin sərt reaksiyasına səbəb olub

Bakı, Kənan Rövşənoğlu, İnteraz - 12 Oktyabr 2017, 21:22

ABŞ hökuməti bəyan edib ki, bu il dekabın 31-dən etibarən BMT Təhsil, Elm və Mədəniyyət Təşkilatından (UNESCO) çıxır. Analoji addımı İsrail də atmağa hazırlaşır. İsrail baş naziri Benyamin Netanyahu ölkəsinin bu mötəbər təşkilatdan çıxması ilə bağlı hazırlıqlara başlamağı tapşırıb.

İsrail baş nazirinin ofisindən verilən açıqlamada baş nazir Netanyahunun ABŞ prezidenti Trampın UNESCO-dan çıxma qərarını məmnunluqla qarşıladığını və İsrailin də bu qurumdan çıxması üçün hazırlıq görülməsi barədə tapşırıq verdiyi qeyd edilir. Qeyd edək ki, İsrail və UNESCO arasında narazılıq qurumun İsraili işğalçı elan edən və “işğal edilmiş Fələstin” sözlərinin qeyd olunduğu hesabatı qəbul etməsi olub. Bu hesabatın qəbul edilməsindən sonra Təl-Əviv BMT-yə illik ödəməni azaldıb.

 

Qeyd edək ki, ABŞ-ın UNESCO-da fəaliyyətini müşahidəçi statusuna endirməsi ilə bağlı qərarına səbəb məhz İsrailin işğalçı dövlət kimi təqdim olunduğu hesabat olub.