İranın nüvə müzakirələrini aparan şəxslərdən biri casusluq ittihamı ilə həbs olunub

Onun iki xarici ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşliq etdiyi bildirilir

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Oktyabr 2017, 09:32

İran İslam Respublikası ilə 5+1 ölkələri arasında nüvə müzakirələri aparan qrupun içində casus olduğu aşkarlanıb.

İnterAz-ın İran KİV-lərinə istinadən verdiyi xəbərə görə bu şəxs müzakirələrdə bank əməliyyatları mexanizmlərini müəyyənlaşdirən mütəxəsis Abdurrəsul Dürri İsfahanidir.

Onun iki xarici ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşliq etdiyi bildirilir. Hökümətdə təmsil olunan rəsmilər bu ittihamı rədd edirlər. Kəşfiyyat naziri Mahmud Alavi bildirib ki, nazirliyin əks-kəşfiyyat idarəsinin verdiyi arayışa görə, İsfahani bu idarə ilə əməkdaşliq edirmiş və o yalnız iqtisadi cinayətlərdə ittiham olunur.

İranın Ali Məhkəməsi sədrinin müavini Möhsini Ejei isə jurnalsitlərlə keçirdiyi brifinqdə sözügedən şəxsin casusluq ittihamının dəqiq olduğunu bildirib. Verilən məlumatlara əsasən,İsfahani 5 il həbs cəzası alıb. Bir müddət əvvəl  o, İran prezidenti Həsən Ruhani tərəfindən Vətənə xidmət ordeni ilə təltif edilib.