Suriya ərazisinin 92 faizi İŞİD terrorçularından azad edilib

Ötən həftə ərzində Rusiyanın döyüş təyyarələri 1260 İŞİD obyektini məhv edib

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Oktyabr 2017, 10:32

Rusiyanın hərbi hava qüvvələri Suriya ordusuna ötən həftə İŞİD terrorçularının mindən çox obyektini məhv etməyə yardım edib.

İnterAz “Krasnaya Zvezda”ya istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirliyi məlumat yayıb. Bildirilib ki, Suriya ərazisinin 92 faizi İŞİD terrorçularından azad edilib.

Ötən həftə ərzində Rusiyanın döyüş təyyarələri 1260 İŞİD obyektini məhv edib.