Türkiyə S-400 sistemlərini Çindən sonra alacaq – Vladimir Kojin

Hər şey razılaşdırılan tarixə uyğun həyata keçirilir

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Oktyabr 2017, 13:45

Türkiyə S-400 sistemlərini Çindən sonra alacaq.

İnterAz xəbər verir ki, bunu Rusiya mətbuatına müsahibəsində prezident Vladimir Putinin hərbi və tüxniki əməkdaşlıqdan məsul köməkçisi Vladimir Kojin deyib.

“Müqavilə imzalanıb. Amma bir sıra var. Hazırda Çinin müqaviləsi həyata keçirilir. Sonra digər müqaviləyə keçiləcək. Türkiyə növbədədir. Hər şey razılaşdırılan tarixə uyğun həyata keçirilir”, - Kojin bildirib.

Vladimir Kojin sentyabr ayında Türkiyənin S-400 almaq üçün ilkin ödəniş etdiyini açıqlamışdı.

Kojin S-400 sistemləri ilə birlikdə Türkiyəyə bu sistemin texnologiyasının nəql edilib-edilməyəcəyinin qərara alınması üçün ayrı müzakirələrin aparılmasının lazım olduğunu deyib: “Hazırda imzalanan müqavilənin yerinə yetirilməsi üzərində çalışırıq. Texnologiya ilə bağlı proseslər, istehsal və texnologiya transferi isə başqa müzakirəyə ehtiyacı olan məsələdir.”