Türkiyədə fövqəladə vəziyyət rejimi bir daha uzadılır

Nazirlər Şurasında qəbul olunduqdan sonra qərar parlamentdə müzakirə ediləcək

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Oktyabr 2017, 14:38

Türkiyədə fövqəladə vəziyyət rejimi bir daha uzadılır.

İnterAz Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə AKP parlament fraksiyasının həmsədri Mustafa Elitaş məlumat verib. Onun sözlərinə görə, rejimin uzadılması məsələsi bazar ertəsi keçiriləcək Milli Təhlükəsizlik şurasının gündəmində olacaq.

“Nazirlər Şurasında qəbul olunduqdan sonra parlamentdə müzakirə ediləcək”, - Elitaş qeyd edib.