Amerika konqresmeni: Biz terrorizmlə mübarizə üçün pul veririk, Tramp isə terrorçuların ən böyük dəstəkçisi Səudiyyə ilə əməkdaşlıq edir

“Səudiyyə Ərəbistanı İŞİD və əl-Qaida kimi terror təşkilatlarına dəstək verən ölkələrdən birincisidir. Terrorizmlə mübarizə iddiası edən Vaşinqtonun Riyazla sıx əlaqələri mövcuddur"

Baku, Oktay Quliyev, İnteraz - 19 Oktyabr 2017, 10:58

Amerika konqresmeni Tulsi Qabbard prezident Donald Trampın siyasətini sərt şəkildə tənqid edib.

İnterAz “FarsNews”- istinadən xəbər verir ki, ABŞ nümayəndələr palatasının üzvü, konqresmen Tulsi Qabbard “CNN”-ə verdiyi müsahibədə Səudiyyə Ərəbistanını terrorçulara dəstək verməkdə ittiham edib və Amerika prezidenti Donald Trampı Səudiyyə ilə dostluq münasibətləri və əməkdaşlıq etdiyinə görə sərt şəkildə tənqid edib. “Səudiyyə Ərəbistanı İŞİD və əl-Qaida kimi terror təşkilatlarına dəstək verən ölkələrdən birincisidir. Terrorizmlə mübarizə iddiası edən Vaşinqtonun Riyazla sıx əlaqələri mövcuddur. Tramp terrorizmlə mübarizə apardığını bəyan edir, digər tərəfdən də terrorçuların dəstəkçisi Səudiyyə ilə dost münasibətlər qurur. Biz dünyanın müxtəlif məntəqələrində terrorizmlə mübarizə üçün vəsait ayırırıq, lakin digər tərəfdən müşahidə edirik ki, Tramp dövləti Səudiyə ilə sıx əlaqələr yaradıb, dostluq münasibətləri saxlayır. Amerika xalqı bütün bunları görür, bu haqda hesabat tələb edirlər. Biz Tramp adminstrasiyasından bu suallara cavab verməsini tələb edir və bilməliyik ki, Amerikanın terrorizmlə mübarizədə rolu dəqiq nədən ibarətdir.” – deyə konqresmen bildirib.