Əfqanıstanda terror hücumu nəticəsində 43 nəfər ölüb

Hücuma görə məsuliyyəti “Taliban” terror təşkilatı öz üzərinə götürüb

Bakı, Nazilə Xaqani, İnteraz - 19 Oktyabr 2017, 12:05

Əfqanıstanın Qəndəhar vilayətinin Maivand bölgəsində Əfqan Milli ordusunun bazasına terror hücumu edilib.

İnterAz “Tolonews”a istinadən xəbər verir ki, hücum nəticəsində 43 əsgər ölüb, doqquzu yaralanıb. İnsident baş verən bazada 60 əsgər olub. Bildirilib ki, terrorçular bazaya partlayıcılarla yüklənmiş iki hərbi texnika ilə hücum edib. Nəqliyyat vasitələrinin partladılmasından sonra, digər terrorçular əsgərlərə atəş açıb.

Hücuma görə məsuliyyəti “Taliban” terror təşkilatı öz üzərinə götürüb.