Xarkovda beş nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın görüntüləri yayımlanıb

Avtomobilin sürücüsü 19 yaşlı Alena Zaitseva nəqliyyat vasitəsini idarə edən zaman sərxoş olmayıb

Bakı, Nazilə Xaqani, İnteraz - 19 Oktyabr 2017, 16:12

Xarkovda beş nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın görüntüləri yayımlanıb.

İnterAz xəbər verir ki, Ukraynanın xarkov şəhərində yolu keçmək üçün piyada keçidində gözləyən insanlar qəzanın qurbanı olub. Ukrayna Daxili işlər nazirliyinin müşaviri Anton Qeraşenkonun yayımladığı görüntülərdə “Lexus” markalı avtomobili piyadaları necə vurduğu əks olunub.

Qəza nəticəsində 11 nəfər yaralanıb, onlardan beşi vəfat edib. Yaralılardan bir çoxunun vəziyyəti ağırdır. İnsident nəticəsində yaralanan hamilə qadın reanimasiyaya yerləşdirilib.

Qeraşenkonun sözlərinə görə, avtomobilin sürücüsü 19 yaşlı Alena Zaitseva nəqliyyat vasitəsini idarə edən zaman sərxoş olmayıb. Onun ukraynalı bir milyonçunun qızı olduğu iddia edilir.