İsrail rəsmiləri Məhəmməd bin Salmanın İsrailə səfər etdiyini təsdiq edib – KİV

Adının açıqlanmasını istəməyən İsrail rəsmisi “AFP Arabic”ə şahzadənin ölkəyə səfərini təsdiq edib

Bakı, Nazilə Xaqani, İnteraz - 21 Oktyabr 2017, 13:16

İsrail rəsmisi Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi Məhəmməd bin Salmanın sentyabr ayında İsrailə səfər etdiyini təsdiq edib.

İnterAz xəbər verir ki, sentyabr ayında İsrail və ərəb mətbuatı Səudiyyə şahzadəsinin İsrailə səfər etdiyini və yüksək səviyyəli İsrail rəsmiləri ilə regional sülhlə bağlı danışıqlar apardığını yazmışdı.

Adının açıqlanmasını istəməyən İsrail rəsmisi “AFP Arabic”ə şahzadənin ölkəyə səfərini təsdiq edib.

İsrail və Səudiyyə rasında rəsmi diplomatik əlaqələr mövcud deyil.