Ermənistanda mədəndə uçqun olub

38 yaşlı bir nəfərin dağıntılar altında öldüyü bildirilir

Bakı, Nazilə Xaqani, İnteraz - 23 Oktyabr 2017, 16:49

Ermənistanın Lori vilayətində, İrəvandan 200 kilometr məsafədə yerləşən mədəndə uçqun baş verib. 

İnterAz-ın "Trend"ə istinadən verdiyi məlumatına görə, 38 yaşlı bir nəfərin dağıntılar altında öldüyü bildirilir.

Yerli KİV-lər mədəndəki insident nəticəsində dağıntılar altında insanların qaldığını iddia edir.

Hazırda bölgədə axtarış işləri aparılır, xilasedicilər cəlb edilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.