Moskvada kollecdə müəllim və tələbənin başı kəsilmiş meyiti tapılıb

Tələbə müəllimi 44 yaşlı Sergey Danilovu öldürdükdən sonra onunla “slefie” edərək şəkilləri sosial şəbəkədə paylaşıb

Bakı, Nazilə Xaqani, İnteraz - 01 Noyabr 2017, 17:00

Moskvada kollecdə müəllim və tələbənin başı kəsilmiş meyiti aşkar edilib.

İnterAz “Ntv.ru”ya istinadən xəbər verir ki, tələbə müəllimi 44 yaşlı Sergey Danilovu öldürdükdən sonra onunla “slefie” edərək şəkilləri sosial şəbəkədə paylaşıb.

“Selfie”dən sonra III kurs tələbəsi Andrey Yemelyanenkov öz boğazını kəsərək intihar edib. Hadisə ilə əlaqədar cinayət işi açılıb.

Bildirilib ki, tələbə və müəllim arasındakı mübahisə hadisəyə səbəb olub.