Başını 180 dərəcə çevirə bilən uşağın videosu populyarlıq qazanıb

14 yaşlı yeniyetmə bu elastikliyini qorumaq üün hər gün məşqlər edir

Bakı, Nazilə Xaqani, İnteraz - 09 Noyabr 2017, 12:21

Başını 180 dərəcə çevirə bilən oğlan bir gün Hollivudun qorxu filmlərinin qəhrəmanı olacağına ümid edir.

İnterAz xəbər verir ki, 14 yaşlı yeniyetmə bu elastikliyini qorumaq üün hər gün məşqlər edir.

14 yaşlı oğlan hazırda rəqs qrupunda çalışır. Buradan qazandığı pulla o ailəsinə yardım edir.

“Mən 6-7 yaşım olanda qorxulu Hollivud filminə baxmışdım. Orada aktyor başını mənim kimi arxaya çevirirdi. Mən bundan təsirləndim. Məşqlərə başladım və bir neçə ay ərzində buna nail oldum. Mənim arzum Hollivudun qorxu filmlərində oynamaqdır”, - Pakistanın Kəraçi şəhərindən olan Samir Xan bildirib.