Səudiyyə Ərəbistanı tarixində ilk dəfə qadın şahzadə həbs edilib

Bundan öncə şahzadənin atası Əl-Valid ibn Talal ibn Əbdül-əziz korrupsiya və “çirkli pulların yuyulması” ittihamı ilə həbs edilmişdi

Bakı, Nazilə Xaqani, İnteraz - 09 Noyabr 2017, 15:08

Səudiyyə Ərəbistanında iqtidarın yüksək mərtəbələrində rüşvətxorluqla mübarizə kompaniyası çərçivəsində şahzadə Rim bint əl-Valid ibn Təlal həbs edilib.

İnterAz xəbər verir ki, bu barədə “Arabi 21” mənbəyə istinadən xəbər yayıb.

Bu krallıq tarixində bu cür ittihamlarla həbs edilən ilk qadın şahzadədir.

Bundan öncə şahzadənin atası, “Forbes” jurnalına görə dünyanın ən varlı şəxslərindən biri olan Əl-Valid ibn Talal ibn Əbdül-əziz korrupsiya və “çirkli pulların yuyulması” ittihamı ilə həbs edilmişdi.