Milyarderlər Səudiyyə Ərəbistanından qaçır

Varlı şəxslər sərvətlərinin dondurulması və kütləvi həbsdən qorxur

Bakı, Nazilə Xaqani, İnteraz - 09 Noyabr 2017, 17:00

Səudiyyə Ərəbistanında səlahiyyətli şəxslər taxt-tacın sabiq varisi şahzadə Məhəmməd bin Nayif əl-Səudun bank hesablarını dondurub.

İnterAz xəbər verir ki, bu barədə “Al-Jazeera” televiziyası məlumat yayıb.

Şahzadə Məhəmməd 2015-ci ildə taxt-tacın varisi olub. Lakin 2017-ci ilin iyun ayında Məhəmməd bin Salman varis təyin edildikdən sonra o, bu hüquqdan məhrum edilib. Şahzadə Məhəmməd daxili işlər nazirliyindəki vəzifəsindən də azad edilib.

“Bloomberg”in məlumatına görə, Səudiyyə Ərəbistanının bir çox milyoner və milyarderləri öz ölkələri və qonşu ölkələrdəki sərvətlərini geri çəkməyin yollarını axtarmağa başlayıb. Varlı şəxslər sərvətlərinin dondurulması və kütləvi həbsdən qorxur.