Ərdoğan və Putin Soçidə görüşdü

Dövlət başçılarının gündəmində Suriya münaqişəsi, S-400 sistemlərinin alınması və Qarabağ münaqişəsinin həlli prosesi ola bilər

Bakı, Kənan Rövşənoğlu, İnteraz - 13 Noyabr 2017, 19:44

Rusiyanın Soçi şəhərində Türkiy prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin görüşüb. Yerli vaxtla saat 17:20-də başlayan danışıqlar Rusiya Dövlət İqamətgahında baş tutub.

Sputnik xəbər verir ki, dövlət başçıları arasında görüşdə Türkiyə ordusu Baş Qərargah rəisi Hulusi Akar, xarici işlər naziri Mövlud Şavuşoğlu və prezidentin sözçüsü İbrahim Kalın iştirak edib.

Proqrama əsasən əvvəlcə dövlət başçıları arasında ikili görüş, ardınca heyətlər arasında görüş, sonda isə birgə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Rusiya və Türkiyə prezidentləri bu il 5-ci dəfə görüşürlər. Soçi görüşünün əsas mövzusunun Suriyadakı münaqişənin həlli prosesi, İdlib və Afrin bölgələrindəki əməliyyat mövzusu müzakirə olunacaq.

Bundan başqa iki ölkə arasında enerji, ticarət əlaqələri, S-400 Hava Hücumundan Müdafiə Sistemlərinin alınması kimi mövzular, o cümlədən bəzi mənbələrə görə, Qarabağ münaqişəsi də müzakirə olunacaq.