Putin: “Rusiya Türkiyə əməkdaşlığı praktiki bərpa edilib”

Yaxın şərqdəki qarşıdurmaların da müzakirə olunduğu görüşdə ortaq məxrəclərin və maraqların olduğu bildirilib

Moskva, İqbal Rüstəmov, İnteraz - 14 Noyabr 2017, 09:00

“Əminliklə deyə bilərəm ki, Rusiya Türkiyə əməkdaşlığı praktiki bərpa edilib. İki tərəfli münasibətlərdə iqtisadi göstərişin son 9 ay ərzində 36% yüksəlişi də buna açıq sübutdur. İnanırıq ki, bu ilin sonuna qədər keçən ildə meydana gələn tənəzzülü kompensasiya edə biləcəyik.”

İnterAz-ın Moskva müxbiri xəbər verir ki, bunu Soçidə Türkiyyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüçün yekununa dair keçirilən mətbuat konfransında Rusiya Federasiyasının prezidenti Vladimir Putin deyib.

“Bu yüksək göstəricilərə qarşılıqlı olaraq iqtisadi irəliləyişin qarşısını alan bəzi sanksiyaların qarşılıqlı aradan qaldırılması oldu. Cənab prezident Ərdoğanla Ankaradakı görüşümüzdən sonra bir sıra kənd təsərrüfatı mallarının Rusiya bazarına ixracı yenidən başladı”, - deyən Rusiya prezidenti bu gün digər kənd təsarrüfatı mallarının ixracının bərpası üçün növbəti addımın atıldığını və danışıqların davam etdiyini qeyd edib.

Putin bildirib: “Nazirlərin və aparıcı kompaniya rəhbərlərinin iştirakı ilə strateji xarakter daşıyan enerji sahəsində əməkdaşlığın inkişafı detallı şəkildə müzakirə etdik. Bura "Türk axını", atom elektirik stansiyası “Akkuyu” daxildir. Qeyd etmək istərdim ki, Rusiyanın “Rosatom” şirkəti qısa zaman ərzində ilkin çalışmalara başlamalıdır. Bizim plana ilk reaktoru 2023-cü ildə artıq istifadəyə vermək daxildir.” 

Yaxın şərqdəki qarşıdurmaların da müzakirə olunduğu görüşdə ortaq məxrəclərin və maraqların olduğu bildirilib. 

Terrorla mübarizədə əldə olunmuş uğurlar fonunda Suriyada uzunmüddətli stabilliyin əldə olunması baxımından razılığa gəlindiyini qeyd edən Vladimir Putin ilk öncə siyasi yolla problemin aradan qaldırılmalı olduğunu nəzərə çatdırıb. 

Putin, həmçinin, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampla və İran səfəri barəsində də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məlumat verdiyini bildirib.

Nəzərinizə çatdıraq ki, Rusiyanın Soçi şəhərində Rusiya və Türkiyə prezidentlərinin baş tutan görüşü bu il sayca beşincidir.