Rusiya Türkiyə iqtisadi münasibətlərinin inkişafı üçün visasız rejimə keçmək lazımdır - Ərdoğan

Xalqlarımız sıx və güclü iş birliyi içərisində olmalıdır

Moskva, İqbal Rüstəmov, İnteraz - 14 Noyabr 2017, 10:08

“Bu il ərzində Rusiya Federasiyasını üçüncü dəfədir ki, ziyarət edirəm. Siyasi danışıqlarımızla yanaşı iqtisadi əlaqələrimiz də yüksələn xətlə inkişaf edir. Mart ayında Rusiyaya səfərim çərçivəsində dəyərli dosdum Vladimir Putinin verdiyi bəzi kənd təssərüfatı mallarına qoyulan sanksiyaların aradan qaldırılması və türk iş adamlarının Rusiyada fəaliyyətlərinin bərpa edilməsi, viza rejiminin sadələşdirilməsi xəbəri bizi çox sevindirdi. İqtisadi münasibətlərimizin inkişafı və arada olan manelərin qaldırılması üçün ikitərəfli intensiv danışıqlarımız davam etməkdədir.”

İnterAz xəbər verir ki, bunu Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşün yekununa dair mətbuat konfransında Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İndi istəyimiz odur ki, bütün manelər aradan qalıxsın. Keçən ilin birinci rübü ilə müqayisədə bu ilin eyni dövründə ticarət dövriyyəmiz 26% artaraq 15 milyard dolları keçmişdir. 100 milyard dollar olan hədəfimizə çatmaq üçün iş adamlarımızın önündəki manelərlə yanaşı bütün sanksiyara aradan qaldırılmalıdır. Bunun üçün ilk növbədə vizasız rejimə keçmək lazımdır”, - Ərdoğan bildirib.

Rusiya ilə Türkiyə arasında turizim və mədəniyyət sahəsində qarşılıqlı münasibətlərə toxunan Türkiyə prezidenti vurğulayıb ki, Rusiya ilə mədəniyyət və turizim sahəsində münasibətləri də əvvəlkindən irəliyə aparmaq, yeni mərhələyə çıxarmaq niyyətləri var: "Bu ilin ilk 9 ayı ərzində Türkiyəni 4 milyondan çox rusiyalı turist ziyarət edib. 2019-cu ildə Rusiyada və Türkiyədə qarşılıqlı düzənlənəcək, mədəniyyət və turizim sahələrini əhatə edəcək Rusiyada Türkiyə ili və Türkiyədə Rusiya ili bu işimizdə də bizə böyük təkan verəcək.” 

Görüşdə regional və beynəlxalq məsələlər də müzakirə edilib. Suriya ilə bağlı son məlumatları dəyərləndirilərək, konfiliktin siyasi həlli üçün artıq bir ortaq zəminin olduğu da ictimaiyyətin diqqətinə çatdırılıb.

Ərdoğan “Qeyd etmək istərdim ki, Rusiya Türkiyə münasibətlərinin bu günkü drumundan məmuniyyət duyuruq, amma, bu səviyyə yetərli deyil. Xalqlarımız sıx və güclü iş birliyi içərisində olmalıdır” deyərək nitqini sona yetirib.