Əfqanıstanda bir neçə polis məntəqəsi hücuma məruz qalıb

Hücumlar zamanı azı 22 polis əməkdaşı öldürülüb, 15 polis yaralanıb

Bakı, Bəxtiyar Abbasov, , İnteraz - 14 Noyabr 2017, 12:00

Əfqanıstanın Qəndəhar şəhərində bir neçə polis məntəqəsi hücuma məruz qalıb.

"Reuters" xəbər verir ki, hücumlar zamanı azı 22 polis əməkdaşı öldürülüb, 15 polis yaralanıb.

Hücumların “Taliban” terror qruplaşması tərəfindən törədildiyi bildirilir.

Rəsmilər bildiriblər ki, təhlükəsizlik qüvvələri çoxsaylı itki verməsinə baxmayaraq terrorçulara qarşı sərt müqavimət göstəriblər. Qarşıdurmalar zamanı 45 terrorçu zərərsizləşdirilib, 35 terrorçu yaralı halda ələ keçirilib.