Yəmənin Ədən şəhərində ardıcıl partlayışlar törədilib: 6 nəfər ölüb

Partlayışlar nəticəsində 20-ə yaxın insan yaralanıb

Bakı, Bəxtiyar Abbasov, , İnteraz - 14 Noyabr 2017, 12:46

Yəmənin Ədən şəhərində ardıcıl partlayışlar törədilib.

İnterAz “Reuters”ə istinadən xəbər verir ki, partlayışlar nəticəsində azı 6 nəfər ölüb, 20-ə yaxın insan yaralanıb.

Yaralılar arasında hərbçilər də var.

Məlumata görə, kamikadzelər təhlükəsizlik qüvvələrinə məxsus düşərgəyə gələrək üzərlərində olan partlayıcıları işə salıblar. Partlayış dalğası ətrafdakı binaya da zərər vurub. Hücuma görə heç kim məsuliyyəti öz üzərinə götürməyib. Lakin hücumların husi üsyançıları tərəfindən törədildiyi ehtimal edilir.

Qeyd edək ki, Yəməndə hökumət qüvvələri 2015-ci ildən etibarən husi üsyançılarına qarşı mübarizə aparır.