İraqın Kürdüstan Muxtar Regionu federal məhkəmənin qərarına hörmətlə yanaşacaq

Qərar əsasında tərəflər arasında olan mübahisəli məsələlər öz həllini tapa bilər

Bakı, Bəxtiyar Abbasov, , İnteraz - 14 Noyabr 2017, 13:14

İraqın Kürdüstan Muxtar Regionu rəhbərliyi federal məhkəmənin rəsmi Bağdaddan asılılıq məsələsi ilə əlaqədar qərarına hörmətlə yanaşacağını bildirib.

İnterAz “Reuters”ə istinadə xəbər verir ki, kürd rəhbərliyi qərarın Ərbil ilə Bağdad arasında əməkdaşlıq zəmini olacağına inanır.

“İnanırıq ki, qərar Ərbil ilə Bağdad arasnında milli dialoqların başladılması üçün zəmin yaradacaq. Qərar əsasında tərəflər arasında olan mübahisəli məsələlər öz həllini tapa bilər” – deyə rəhbərliyin açıqlamasında qeyd olunur.

Xatırladaq ki, bir müddət əvvəl Kürdüstan Muxtar Regionunda keçirilən referendum nəticəsində kürdlər Bağdaddan müstəqillik əldə etməyə qərar vermişdilər.